Image

Bakıda tən ortasında ağaclar olan yolla bağlı qurumdan AÇIQLAMA - VİDEO

Bakıda ağaclar yeni çəkilən yolun tən ortasında saxlanılıb.

Bu yol paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində çəkilib.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.

Sakinlər ağacların saxlanılmasından narazı olmadıqlarını bildiriblər.

MTK nümayəndəsi Elşad Fətullayev isə qeyd edib ki, sözügedən yol piyadalar üçündür, maşınların keçidi üçün nəzərdə tutulmayıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti