Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22,1 milyard manat investisiyanın 9,7 milyard manatı (44%) regionların payına düşür. Bunu deputat Vüqar Bayramov parlamentin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda konfransda deyib.
O bildirib ki, regionlarda formalaşan ümumi daxili məhsulun həcmi isə 33 milyard manatı ötür.
"Pərakəndə ticarət dövriyyəsində də regionların payı artır. Ümumi 62,2 milyard manatlıq dövriyyənin 24,5 milyard manatı bölgələrin payına düşür.Mehmanxana və mehmanxana tipli obyektlərin yarıdan çoxunun regionlarda yerləşməsi daxili turizmin genişlənməsinə şərait yaradır. 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1,775 milyon nəfər olub və onların 792 min 737 nəfəri (təxminən 45%) regionlarda fəaliyyət göstərir. Regionlarda yaşayan əhalinin illik gəlirlərinin isə 32 milyard manatdan çox olduğu qeyd edilir", - Bayramov deyib.