Image

Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqda qərar mövcud vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə bildirib.

“Sonda biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağıq, ya yox — bu artıq başqa məsələdir, bunu deyə bilmərəm. Buna görə də qərarı mövcud vəziyyətdən çıxış edərək verəcəyik”, - Baş nazir qeyd edib.

Xəbər lenti

Sabah hava necə olacaq?