Image

Muradova qadın iştirakçılığı üzrə konfransdan yeni tərəfdaşlıqlar gözlədiyini deyib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların müxtəlif sahələrdə iştirakının artırılması ilə bağlı keçirilən konfransdan yeni tərəfdaşlıqların formalaşmasını, praktik ideyaların irəli sürülməsini və konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini gözlədiklərini açıqlayıb.

 Muradova deyib ki, qadınların müxtəlif sahələrdə iştirakçılığı Azərbaycanda daim diqqətdə saxlanılan istiqamətlərdən biridir.

Onun sözlərinə görə, tədbir bu dəfə nisbətən gec keçirilsə də, ölkədə ayrı-ayrı illərin müəyyən mövzuya həsr olunması çərçivəsində qadın iştirakçılığı məsələsinə xüsusi diqqət yetirilib.

Muradova bildirib ki, bu istiqamətdə aparılan müzakirələr və əldə olunan nəticələr sonradan qanunvericilik təşəbbüsləri kimi ortaya çıxıb və artıq bunun konkret nəticələri də mövcuddur.

O qeyd edib ki, hazırkı konfransdan əsas gözlənti yeni tərəfdaşlıqların yaranması, praktik və tətbiq oluna bilən ideyaların irəli sürülməsi, eləcə də konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.

“Əminik ki, bu, hamımız üçün daha ədalətli, daha təhlükəsiz və daha inkluziv cəmiyyətin qurulmasına imkan verəcək”, - Muradova deyib.

Gülnar Nazimqızı

Xəbər lenti

Sabah hava necə olacaq?