Image

İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir

İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır və hücumları həyata keçirmək üçün ABŞ-dən "yaşıl işıq" gözləyir. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Nazirin sözlərinə görə, İsrail ordusu həm müdafiə, həm də hücum əməliyyatlarına tam hazır vəziyyətə gətirilib və potensial hədəflər artıq müəyyənləşdirilib.

Kats qeyd edib ki, planlaşdırılan əməliyyat əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı və daha sərt ola bilər, əsas hədəf isə İranın strateji infrastruktur obyektləri olacaq.

Xəbər lenti