Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb
Gəncə şəhərində üç nəfər dərmandan zəhərlənib.
"Report"un məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Zəhərlənən şəxslərdən biri 1958-ci təvəllüdlü Alik İsmayılov hadisə yerində vəfat edib.
Eyni zamanda 1985-ci təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.