Image

İrəvanda Türkiyə bayrağı yandırılıb - Video

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağı yandırılıb.Bu barədə Ermənistan KİV məlumat verir.

Ölkənin Baş naziri Nikol Paşinyan hadisəni pisləyib.

Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Paşinyan bayrağın yandırılmasını məsuliyyətsiz və yolverilməz addım kimi qiymətləndirib.

“Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu ölkənin bayrağının yandırılması açıq təxribat xarakteri daşıyır və gərginliyin artmasına xidmət edir”, – Baqdasaryan baş nazirin mövqeyini açıqlayarkən deyib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Xəbər lenti