Image

Azərbaycan pambıq ixracından gəlirini artırıb

2026-cı ilin yanvar-martında Azərbaycan 57 milyon 530 min ABŞ dolları dəyərində 42 min 524 ton pambıq lifi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17 milyon 455 min dollar 43,5 %, həcm baxımından isə 14 min 556 ton çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Cari ilin üç ayında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.

Aytac

Xəbər lenti