Image

XİN bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib. Bu barədə XİN bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılması Azərbaycan XİN tərəfindən qətiyyətlə pislənilir.

"Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Xəbər lenti

XİN bəyanat yayıb