Image

Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?

Azərbaycanın Baş prokuroru Kamran Əliyev aprelin 24-də İran İslam Respublikasının ölkədəki səfiri Müctəba Dəmirçulunu qəbul edib.

Baş Prokurorluğun məlumatına görə, görüşdə Əliyev İranda baş verən son hadisələr nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verib və regionda sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib.

Tərəflər Azərbaycan və İran arasında tarixi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayaraq, hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə cinayətkarlıqla mübarizə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, hüquqi yardım, ekstradisiya və məhkumların təhvil verilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir Müctəba Dəmirçulu Azərbaycan tərəfinin İrana göstərdiyi humanitar dəstəyə görə təşəkkür edib və bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

Tərəflər həmçinin gələcəkdə qarşılıqlı səfərlərin təşkili və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

XİN bəyanat yayıb