Image

Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində, Pentaqon yaxınlığında iki avtobusun toqquşması nəticəsində azı 23 nəfər xəsarət alıb.Bu barədə “Fox News” məlumat verib.

Yaralananlardan azı 10-u ABŞ Müdafiə Nazirliyinin əməkdaşıdır.

Təcili yardım briqadaları 18 nəfəri xəstəxanaya çatdırıb, daha beş nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Pentaqonun hüquq-mühafizə orqanları qəza faktını təsdiqləyib. Hadisə ilə əlaqədar Pentaqon yaxınlığındakı nəqliyyat qovşağı və metro stansiyası müvəqqəti bağlanıb.

Xəbər lenti

Sabah 24 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb