Image

Göyçayda marketdə yanğın - Video

Göyçay şəhərində yerləşən marketdə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisonerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kv.m sahədə yanıb.

Market və bina yanğından mühafizə olunub.

 

Xəbər lenti

Sabah 24 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb