Tasnim: İranın xarici işlər naziri İslamabada qayıdıb
İranın xarici işlər naziri Abbas Əraqçi Omanda keçirdiyi görüşləri başa vurduqdan sonra Pakistana yola düşüb.Bu barədə Tasnim məlumat yayıb.
Agentliyin məlumatına görə, Əraqçi Maskatda yüksək vəzifəli rəsmilərlə danışıqları tamamladıqdan sonra İslamabada yollanıb.
Məlumatda bildirilib ki, səfər ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyatı ilə bağlı növbəti məsləhətləşmələrin aparılması və Tehranın mövqeyinin bir daha təsdiqlənməsi zərurəti ilə əlaqədardır.