Image

Biləcəridə yol yenidən çöküb, yeni kollektorun tikintisi planlaşdırılır

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Asəf Zeynallı küçəsində yol yenidən çöküb və nəticədə hərəkət məhdudlaşıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, ərazidə istismar müddətini başa vurmuş, diametri 1000 millimetr olan tullantı su kollektorunun bir neçə hissəsində çökmələr qeydə alınıb. Qurumun məlumatına görə, təhlükəsizlik tədbirləri görülüb və mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni xəttin tikintisi üzrə layihə hazırlanıb. Müvafiq icazələr alındıqdan sonra tikintiyə yaxın günlərdə başlanılması planlaşdırılır.

Mayın 7-də də eyni ərazidə yolun çökməsi baş vermiş, problem qısa müddətdə aradan qaldırılmışdı. Lakin sonradan yaxınlıqdakı hissədə yenidən çökmə qeydə alınıb. Sakinlər və sürücülər bildirirlər ki, problem təxminən üç aydır həll olunmayıb. Yolun bir hissəsinin bağlanması səbəbindən sürücülər qarşı hərəkət zolağından istifadə etməyə məcbur olur ki, bu da xüsusilə pik saatlarda tıxaclara səbəb olur.

Sürücülərdən biri axşam saatlarında ərazidə uzun növbələrin yarandığını bildirib, digərləri isə yolun qəsəbəyə aparan əsas marşrutlardan biri olduğunu və mövcud vəziyyətin gündəlik hərəkəti çətinləşdirdiyini deyiblər.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub