Kreml Vaşinqtona xəbərdarlıq edib
Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsi məsələləri üzrə ABŞ Danışıqlar Qrupu ilə dialoq kanallarını saxlayır.
Bu barədə “RİA Novosti”yə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi ABŞ Prezidentinin münaqişəyə yanaşmasında ikililiyə diqqət çəkib:
“Vaşinqton bir tərəfdən Kiyevə silah göndərməkdə davam edir, digər tərəfdən isə danışıqlara yardım etməyə hazır olduğunu bəyan edir”.
Bundan əlavə, “The Wall Street Journal” nəşri ABŞ administrasiyasının Ukraynaya Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan gəmilərə hücum etməyin yolverilməzliyi barədə xəbərdarlıq etdiyini yazıb. Məlumata görə, Ağ Ev bu addımı “Chevron” şirkətinin rəhbəri Mayk Uırtın müraciətindən sonra atıb. Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun terminalına və tankerlərə endirilən zərbələrdən sonra ABŞ Prezidenti ilə yaxın münasibəti olan “Chevron” rəhbəri narahatlığını bildirib.
Qeyd edək ki, “Chevron” həmin konsorsiumda 15% paya sahibdir.
Mənbə: anews.az