Image

Şəkidə "Mercedes" iki piyadanı vurdu: bir nəfər öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində qeydə alınıb. Fərhad Qürbəltinin idarə etdiyi "Mercedes" markalı avtomobil piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998-ci il təvəllüdlü Şahin Tahirovu vurub.

Nəticədə Mahir Teyibov hadisə yerində ölüb, Şahin Tahirov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb