Image

Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb

Kolumbiyanın cənub-qərbində yerləşən Kauk departamentində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.Bu barədə TASS məlumat yayıb.

Panamerika şosesində baş verən partlayış nəticəsində həyatını itirənlərin 15-i qadın, 5-i kişidir. Hadisə zamanı 36 nəfər yaralanıb.

Regionda üç günlük matəm elan olunub.

Partlayış nəticəsində Panamerika şosesində təxminən 200 kubmetr həcmində krater yaranıb. Yolun bərpasının altı saat ərzində başa çatdırılması gözlənilir.

Hücuma görə məsuliyyəti "Xayme Martinez" qruplaşmasının daşıdığı bildirilir. Qruplaşma keçmiş Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri üzvlərindən ibarətdir və hökumətlə sülh razılaşmasını qəbul etməyən şəxsləri birləşdirir.

Xəbər lenti

Faktiki hava açıqlanıb