Image

Azad edilmiş ərazilərdə daha 62 mina, 621 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.04.2026 – 26.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 39 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1593,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti