Image

Ləğv etdiyimiz qanunu indi başqa adla qəbul edirik - Qüdrət Həsənquliyev

Lizinq haqqında qanun 2003-cü ildə ləğv olunmuşdu, indi eyni məzmunla yenidən qəbul edilir. Bunu deputat Qüdrət Həsənquliyev “Maliyyə icarəsi haqqında” qanuna münasibət bildirərkən deyib. 

Həsənquliyev çıxışında bildirib ki, təqdim olunan sənəd mahiyyət etibarilə lizinq fəaliyyətini tənzimləyir və bu sahəyə dair əvvəlki hüquqi baza 1994-cü ildə qəbul olunub, 2003-cü ildə isə ləğv edilib.

Onun sözlərinə görə, hazırda müzakirəyə çıxarılan qanun layihəsi fərqli ad altında təqdim olunsa da, əsasən lizinq təşkilatlarının fəaliyyətini tənzimləyən müddəaları ehtiva edir.

Gülnar Nazimqızı 

Xəbər lenti