Image

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının növbəti 5 il ərzində sədri seçilib

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının növbəti 5 il ərzində sədri seçilib.

Pənahov 2000- ci ildən MSK-nın sədri vəzifəsini icra edir.

Bu gün Parlamentdə Mərkəzi Seçki Komissiyası-nın üzvləri və əvəzedici üzvləri yeni siyahı üzrə təsdiqlənib.

MSK üzvləri sırasına Yeni Azərbaycan Partiyasının və Milli Məclisdə azlıqda təmsil olunan siyasi qüvvələrin təqdim etdiyi namizədlər daxil edilib.

Təsdiqlənən üzvlər arasında Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhramanlı, Etibar Quliyev və digər şəxslər yer alır.

MSK-nın əvəzedici üzvləri kimi Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva təsdiqlənib.

Qanunvericiliyə əsasən, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK-nın əvvəlki tərkibi 2021-ci il aprelin 27-də formalaşdırılmışdı.

Gülnar Nazimqızı

Xəbər lenti

Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib