Image

2026-cl ilin iyununda “Kaşaqan” yatağında hasilat təmir səbəbindən azalacaq

2026-cl ilin iyununda Qazaxıstanın “Kaşaqan” yatağında hasilat  1,5 aylıq əsaslı təmir səbəbindən müvəqqəti azalacaq. Bu barədə  KMG Kashagan B.V. şirkətinin kommersiya məsələləri üzrə baş direktorunun müavini Kuanış Keskinbayev  məlumat verib. 

Onun sözlərinə görə, “Kaşaqan” layihəsi üzrə məhsul bölgüsü sazişi çərçivəsində “KazMunayQaz”ı təmsil edən səhmdarlar bu il Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə təxminən 250 min ton neft nəql etməyi planlaşdırırlar.

Keskinbayev bildirib ki, BTC marşrutu Qazaxıstan üçün daha əlverişlidir, çünki Aralıq dənizinə çıxış təmin edir. Onun sözlərinə görə, Bakı-Supsa neft kəməri nefti Qara dənizə çıxarır, Qazaxıstanın isə artıq digər marşrutlarla Qara dənizə çıxışı var.

Qazaxıstan neftinin tranziti ilə bağlı “KazMunayQaz” və SOCAR arasında saziş 2022-ci ildə imzalanıb.

Ötən il “Kaşaqan” yatağında 18,2 milyon ton neft hasil olunub.

N. Təbrizli

Xəbər lenti

Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib