Image

Nazirlər Kabineti yanacaq üzrə aksiz dərəcələrini müvəqqəti endirib

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) aksiz dərəcəsi müəyyənləşib.

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib