Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə brifinq zalında Azərbaycan Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.
Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.
Təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.