Image

"Bitcoin" ucuzlaşıb

"Bitcoin"in qiyməti son 24 saatda 1,05% azalaraq 77 068 ABŞ dolları olub. Bu barədə kriptovalyuta bazarında  qeyd olunub.

"Ethereum"un qiyməti 1,79% azalaraq 2 294 ABŞ dolları, BNB-nin qiyməti 0,60% azalaraq 625 ABŞ dolları təşkil edib.

"Monero" 2,14% ucuzlaşaraq 377 ABŞ dolları, "Zcash" 3,27% ucuzlaşaraq 340 dollar, "Bittensor" 0,80% ucuzlaşaraq 249 dollara düşüb.

Analitiklərə görə, bazarda müşahidə olunan eniş əsasən investorların qazanc götürməsi, risk iştahının zəifləməsi və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə bağlıdır.

Xəbər lenti

"Bitcoin" ucuzlaşıb