Image

Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib

Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidi kompleksini ziyarət ediblər.

Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov qonaqlara abidənin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Xan məscidi şəhərin mühüm dini-mədəni irs nümunələrindən biridir və tarixi mənbələrə görə Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Kompleksin ərazisində yaradılmış muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar və müxtəlif maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

Məlumata görə, muzey ekspozisiyası Şəki xanlığının formalaşma tarixini və onun Azərbaycan dövlətçilik tarixində rolunu əks etdirir.

Səfərin sonunda qonaqlara “Qurani-Kərim” hədiyyə olunub.

Xəbər lenti

"Bitcoin" ucuzlaşıb