Image

Sənan Mehdiyev: Nəzrinin ölümü tibbi ağırlaşma idi

Ötən il xəstəsi Nəzrin Mansurlunun ölümündə təqsirli bilinərək həbs olunan və sonradan amnistiya aktı ilə azadlığa çıxan həkim Sənan Mehdiyev baş verənlərlə bağlı açıqlama verib.

O bildirib ki, pasiyentin ölümü qəsdən deyil, tibbi ağırlaşma nəticəsində baş verib və bu cür hallara görə həkimlərin cinayət məsuliyyətinə cəlb olunmasının düzgün olmadığını qeyd edib.

“Heç bir həkim pasiyentinə zərər dəyməsini istəməz. Xəstəni itirmək həkim üçün çox ağırdır”, –  o bildirib.

Mehdiyevin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və pasiyent növbəti gün evə buraxılıb. O qeyd edib ki, sonradan xəstənin vəziyyətinin pisləşməsi barədə məlumat alsa da, onun xəbərsiz şəkildə ev şəraitində və başqa tibb müəssisəsində əlavə müdaxilələr edildiyini iddia edib.

Həkim pasiyentin digər xəstəxanaya koma vəziyyətində aparılması ilə bağlı yayılan məlumatları təkzib edib və istintaqa təqdim olunan videoların bunu təsdiqlədiyini bildirib.

O, həmçinin xəstə yaxınları ilə əlaqə saxlamaması barədə iddiaları da qəbul etməyib və bu istiqamətdə telefon danışıqlarının mövcud olduğunu deyib.

Sənan Mehdiyev özünü təqsirli bilmədiyini vurğulayaraq qeyd edib ki, tibbi ekspertiza zamanı pasiyentin kəllə sümüyündə sınıq aşkarlanmayıb və hadisə tibbi ağırlaşma kimi qiymətləndirilib. Onun sözlərinə görə, ekspert rəyləri məhkəmə prosesində təqdim olunsa da, nəzərə alınmayıb.

Aytac Zeynalova 

Xəbər lenti

"Bitcoin" ucuzlaşıb