6 minə yaxın şagird qırmızı kart alıb
Azərbaycanda indiyədək ümumtəhsil məktəblərində təhsil alan 5 831 şagird qırmızı kart alıb. Bunu ümumtəhsil və məktəbəqədər təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, yaşıl kart alan şagirdlərin sayı 46 383, sarı kart alanların sayı isə 29 161 olub.
Gülnar Nazimqızı