MÜTDA məktəblərdə yoxlamaların aparılmasını təsdiq edib
Məktəblərdə şagird çantalarına nəzarət təhlükəsizliklə bağlı problemlərin tam həlli demək deyil, bu məsələdə kompleks yanaşma lazımdır. Bunu ümumtəhsil və məktəbəqədər təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
“Bizim işimiz təlimatları hazırlamaq və hamını məlumatlandırmaqdır. İllik plana uyğun olaraq məktəblərdə gənclər və yeniyetmələrlə görüşlər keçirilir. Son hadisələr çərçivəsində məktəblərdə monitorinqlər aparırıq”, - Bağırov bildirib.