Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
2026-cı ilin yanvar-martında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.
3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.
Mərkəzi Bank sığorta bazarında şəffaflığın artırılması üçün yeni açıqlama tələbləri təsdiqləyib, həmçinin sərhəd sığortası üzrə elektron satış platformasını istifadəyə verib.
Aytac