Image

Bakıda universitet binasında yanğın olub

Aprelin 28-də saat 14:00 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris korpusunun yaxınlığında yanğın baş verib. Bu barədə universitetdən məlumat verilib. 

Hadisə zamanı təhlükəsizlik tədbirləri dərhal tətbiq olunub, binada olan tələbə və əməkdaşlar operativ şəkildə təxliyə edilib.

Yanğın qısa müddətdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb və ərazi nəzarətə götürülüb.

Rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Aytac 

Xəbər lenti