Image

Xocavəndə köç karvanı yola salınıb

Xocavənd şəhərinə 39 ailə (176 nəfər) köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib. 

2025-ci ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 194 nəfər, Qırmızı Bazar qəsəbəsinə 604 nəfər, Sos kəndinə 360 nəfər, Hadrut qəsəbəsinə 233 nəfər, Xocavənd kəndinə isə 94 nəfər olmaqla, ümumilikdə 1485 nəfərin - 355 ailənin qayıdışı təmin edilib.

Xocavəndin ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. 

Aytac

Xəbər lenti