“Telegram” bir gündə 100 mindən çox qrup və kanalı bloklayıb
Telegram bir gün ərzində 100 mindən çox qrup və kanalı bloklayıb.
Aprelin 28-nə olan məlumata görə, sutka ərzində 105 491 qrup və kanal bağlanıb.
Məlumata əsasən, 2026-cı ilin əvvəlindən bəri bloklanan qrup və kanalların ümumi sayı 13 705 073-ə çatıb. Aprel ayının əvvəlindən isə bu göstərici 2 364 967 təşkil edib.
Son yeddi gün ərzində platforma administrasiyası təxminən 635 min qrup və kanalı bloklayıb. Bildirilib ki, messencer tarixində ən böyük bloklama 2026-cı il yanvarın 1-də qeydə alınıb – həmin gün təxminən 543 min qrup və kanal bağlanıb.
Platformanın açıqlamasına görə, moderasiya sistemi 2015-ci ildən fəaliyyət göstərir və istifadəçi şikayətləri ilə yanaşı, proaktiv monitorinqi də əhatə edir. 2024-cü ildən etibarən isə bu mexanizmlər süni intellekt əsaslı alətlərlə gücləndirilib.