Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi İranın nüvə proqramı ilə bağlı mövqeyinə görə tənqid edib və eyni zamanda Berlinin iqtisadi və digər problemlərində ölkə liderini günahlandırıb.Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O, bildirib ki, Mertsin İranın nüvə silahlarına malik olmasını məqbul saydığı fikri qəbuledilməzdir.
“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan atmalı olduğu addımları atıram. Almaniyanın həm iqtisadi, həm də digər sahələrdə bu qədər pis vəziyyətdə olması təəccüblü deyil”, - deyə ABŞ prezidenti qeyd edib.