Image

Bitcoin bahalaşıb

Kriptovalyuta bazarında əsas aktivlərdə artım müşahidə olunub. 

CoinMarketCap” platformasında bazarın ümumi kapitallaşması son 24 saatda 0,46% artaraq 2,58 trilyon dollara yüksəlib.

Son 24 saatda “Bitcoin”in qiyməti 0,39% artaraq 77 222 dollara, “Ethereum”un qiyməti 1,59% artaraq 2 325 dollara, BNB-nin qiyməti isə 0,28% artaraq 627 dollar səviyyəsinə yüksəlib.

Eyni dövrdə “Bitcoin Cash” 1,32% bahalaşaraq 454 dollar, “Monero”1,08% bahalaşaraq 380,5 dollar, “Zcash” 4,88% bahalaşaraq 338,5 dollar olub. “Bittensor” isə 6,13% artımla günün ən çox yüksələn aktivlərindən biri olub.

Qızıla bağlı tokenlərdə isə azalma müşahidə edilib. “Tether Gold”un qiyməti 1,16%, “PAX Gold”un qiyməti isə 1,17% azalıb.

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Bitcoin bahalaşıb