Image

Tramp Hörmüz boğazını “Tramp boğazı” adlandıran şəkil paylaşıb

ABŞ prezidenti Donald Trump sosial şəbəkə platforması Truth Social üzərindən Hörmüz boğazını “Tramp boğazı” kimi təqdim edən xəritə paylaşıb. 

Paylaşımda Hörmüz boğazı əvəzinə “Tramp boğazı” ifadəsi yer alıb və Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən bu strateji marşrut göstərilib.

Tramp daha əvvəl də boğazın onun adını daşıması ideyasını səsləndirmiş, lakin bu təklif rəsmi səviyyədə dəstək qazanmayıb. O, Fox Business kanalına müsahibəsində təşəbbüsün qəbul olunmamasından narazılığını ifadə etmişdi.

Hörmüz boğazı dünya enerji təchizatında əsas tranzit nöqtələrindən biri hesab olunur və burada baş verən hər hansı dəyişiklik qlobal bazarlara birbaşa təsir göstərir.

Gülnar Nazimqızı 

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb