Image

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid müzakirə olunur – deputat

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid yaxın dövrdə mümkün ola bilər. Bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq əməkhaqqı mexanizmi ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlər aparılır.

Bayramov qeyd edib ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan bu model işçilərin əlavə iş saatlarına (“overtime”) görə əlavə ödəniş almasını təmin edir və bir neçə iş yerində çalışma imkanlarını genişləndirir.

Deputatın sözlərinə görə, yeni mexanizm tətbiq olunarsa, əməkhaqqı aylıq deyil, saatlıq əsasda hesablanacaq ki, bu da işlənilən saatların daha dəqiq qiymətləndirilməsinə və gəlirlərin artmasına səbəb ola bilər.

O əlavə edib ki, sistem çərçivəsində qeyri-iş günləri və iş saatlarından sonrakı fəaliyyət üçün əlavə əmsalların tətbiqi də nəzərdə tutula bilər ki, bu da əməkhaqqının artırılmasına gətirib çıxaracaq.

Bayramov bildirib ki, saatlıq minimum əməkhaqqı göstəriciləri müəyyən ediləcək və onların mövcud aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılması gözlənilir.

Onun sözlərinə görə, mexanizmin tətbiqi ilə bağlı yekun qərar layihənin razılaşdırılmasının son mərhələsindən sonra veriləcək.

Gülnar Nazimqızı 

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb