Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
ABŞ prezidenti Donald Trump İrana qarşı mümkün yeni hərbi addımlar barədə xəbərlər fonunda qapalı kəşfiyyat brifinqi keçirməyi planlaşdırır.
Məlumata görə, görüşün aprelin 30-da Ağ Evdə keçirilməsi və yerli vaxtla saat 13:00-da başlaması gözlənilir.
Bundan əvvəl Axios ABŞ Mərkəzi Komandanlığının İran ərazisinə “qısa və güclü” zərbələr planı hazırladığını yazmışdı. Məlumata görə, hücumlar yenidən başlasa, əsasən infrastruktur obyektləri hədəf alınacaq.
Nəşr bildirir ki, Vaşinqton bu cür ssenarini Tehrana danışıqlara qayıtmaq üçün təzyiq vasitəsi kimi nəzərdən keçirir.
Eyni zamanda, Tramp administrasiyası hazırda əsas təsir mexanizmi kimi iqtisadi və dəniz blokadasına üstünlük versə də, hərbi gücdən istifadə variantını istisna etməyib.
Gülnar Nazimqızı