"Azərpambıq"dan əldə olunan gəlir açıqlanıb
2026-cı ilin yanvar-martında "Azərpambıq Aqrar Sənaye Kompleksi" 11,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 23,2 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunub.
Cari ilin üç ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.
"Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu, 7 pambıq istehsalı və tədarükü məntəqəsi fəaliyyət göstərir.
Aytac