Image

Yeni Klinika və Kliniki Tibbi Mərkəzə direktorlar təyin edilib

Yeni Klinikaya da yeni direktor təyin edilib. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

TƏBİB-də aparılan sonuncu islahatlar zamanı Yeni Klinikanın direktoru Barat Yusubov da vəzifəsindən azad olunmuşdu.

***

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.

Bu vəzifəyə Musa Abbasov gətirilib.

Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

 TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov da vəzifəsindən azad edilmişdi.

Xəbər lenti

İlqar Əliyev vəfat edib