MEDİA: WUF13 Azərbaycanın şəhərsalma sahəsində uğurlarının beynəlxalq tanınmasıdır
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın şəhərsalma sahəsində uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib. O, “İctimai proseslər media müstəvisində” forumunda deyib ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək və media üçün mühüm informasiya gündəmi yaradacaq. İsmayılov bildirib ki, Azərbaycan mediası COP29-un işıqlandırılması zamanı qazandığı təcrübədən WUF13 zamanı da istifadə edəcək. Gülnar Nazimqızı