Image

"Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələnib

Qarabağ" klubu 8000 manat cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

"Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

"Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuza dolu yağıb