Image

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Rusiyanın Komi regionunda özəl “Mi-8T” helikopterinin sərt eniş etməsi nəticəsində azı 10 nəfər yaralanıb.Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, helikopter havaya qalxarkən yana aşıb.Hadisə zamanı 10 nəfər xəsarət alıb.Göyərtədə 24 nəfər olub.

Helikopterin işçiləri Nen Muxtar Dairəsinə daşıdığı qeyd edilir.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir.Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb