Image

Ağdamda avtomobillər toqquşub, ölən və yaralananlar var

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb