Gəncədə mopedlə minik avtomobili toqquşub, ölən var
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.