Image

ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki müttəfiqlərinə ümumi dəyəri 8,6 milyard dollardan çox olan silah satışını təsdiqləyib.Bu barədə Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.

Paketə İsrail, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə silah və müdafiə sistemlərinin satışı daxildir.

Məlumata əsasən, İsrailə 992,4 milyon dollar dəyərində “APKWS” lazer istiqamətləndirmə dəstləri və müvafiq avadanlıqlarla təchiz olunmuş 10 min raketin satışı təsdiqlənib.

Qətərə isə 4,01 milyard dollar dəyərində “Patriot” raketlərinin satışına icazə verilib.

Bundan əlavə, Vaşinqton Qətərə 2,5 milyard dollar dəyərində İnteqrasiya olunmuş Döyüş Komandanlığı Sistemi (IBCS) hava və raketdən müdafiə idarəetmə sistemləri, eləcə də əlaqəli logistika vasitələrinin satışını təsdiqləyib.

BƏƏ-yə isə 147,6 milyon dollar dəyərində 1 500 “APKWS” dəstinin satışı üzrə müqavilə təsdiqlənib.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb