Image

Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib

Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin olunub. Bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

O, 1-ci dərəcə dövlət qulluqçusudur.

Mənbə: anews.az

Xəbər lenti