Image

Azərbaycanlı ekspertlər İrəvana gediblər

Azərbaycanlı ekspertlər Ermənistana səfər edərək “İrəvan Dialoqu – 2026” beynəlxalq konfransında iştirak edəcəklər. Konfransın gündəliyinə əsasən, tədbirdə “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları olan Azərbaycan politoloqları — Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev təmsil olunacaqlar. Tədbir regional təhlükəsizlik, post-münaqişə əməkdaşlığı və Cənubi Qafqazda davamlı sülh perspektivlərinin müzakirəsinə həsr olunub. “İrəvan Dialoqu” platforması müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və analitikləri bir araya gətirərək regional dialoqun genişləndirilməsini hədəfləyir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib