Image

Bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bakı şəhərinin Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar olaraq Nəcəfqulu Rəfiyev küçəsinin 8 Noyabr prospektindən Babək prospektinədək olan hissəsində nəqliyyatın hərəkəti mayın 5-i saat 22:00-dan mayın 8-i saat 06:00-dək məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə görülən işləri nəzərə alaraq əvvəlcədən alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Mənbə: anews.az

Xəbər lenti