Image

Şəkidə avtomobil aşıb, bir nəfər ölüb

Şəki rayonunda avtomobil qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02:00 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb.

Qəza zamanı sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin xəsarət alıb.

Mənbə: anews.az

Xəbər lenti