Image

Rubio: Hörmüz boğazında azı 10 dənizçi həlak olub

İranın Hörmüz boğazını bağlaması fonunda azı 10 mülki dənizçi həlak olub. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Fox News-un məlumatına görə, Rubio Hörmüz boğazında minlərlə dənizçinin həftələrdir çətin vəziyyətdə qaldığını deyib. “Onlar təcrid olunublar, aclıq çəkirlər, müdafiəsizdirlər. Artıq azı 10 mülki dənizçi bunun nəticəsində həlak olub”, – Rubio bildirib. Dövlət katibi əlavə edib ki, ABŞ boğazda qalan gəmilərə və dənizçilərə yardım göstərəcək. Onun sözlərinə görə, Vaşinqtonun bu istiqamətdə fəaliyyəti müdafiə xarakteri daşıyır. Aytac 

Xəbər lenti